Xəbərlər
 
"AYNHA Görüş Klubu" üzvləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Vərəsəlik Hüququ" adlı Seminar təşkil edir. Prezidentdən vəkillərlə bağlı sərəncam - Bina və yeni maşınlar ayrılacaq "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Cinayət mühakimə icraatında mülki iddia" adlı Seminar təşkil edir. Bu gün Azərbaycan Milli Qeyri-Hokumət Təskilatlarinin ümumrespublika konfransı keçirildi AKADEMIK MƏQALƏ MÜSABİQƏSİ AZƏRTAC DÖVLƏT İNFORMASİYA AGENTLİYİNDƏ YAYIMLANDI AKADEMİK MƏQALƏ MÜSABİQƏSİ AZPRESS XƏBƏR PORTALINDA AKADEMİK MƏQALƏ MÜSABİQƏSİ XƏBƏRONLİNE XƏBƏR PORTALINDA Sığortada zərər tənzimləyicisi nədir? - ŞÜKÜR HÜSEYNOV YAZIR Özəl sığortaçılığın 25 ili – ŞÜKÜR HÜSEYNOV (II yazı) AYNHA Hüquqi Müsabiqələr Klubu ilk tədbirini sizlərə açıq elan edir. Sabah Vəkilliyə Qəbul imtahanı keçirilir "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Əqli mülkiyyət hüququ: müəlliflik, patent və əmtəə nişanı hüququ" adlı Seminara start verir. Tütün istifadəçilərinin və müəssisə rəhbərlərinin diqqətinə! "AYNHA Görüş Klubu"nun ümumi yığıncağı keçirildi.  
— Caspian European Club-a yeni baş icraçı direktor təyin olunub
 

16-11-2017, 13:48

 

Caspian European Club-a yeni baş icraçı direktor təyin olunub

Mustafa Abbasbəyli Caspian European Club-un yeni baş icraçı direktoru təyin edilib.

Trend-in məlumatına görə, bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.

T.Əliyev qeyd edib ki, M.Abbasbəyli uzun illər Caspian European Club-un hüquq komitəsinə, gömrük və vergilər komitəsinə rəhbərlik edib: "O, biznes problemlərinin tədqiqində, həmçinin bütün təkliflərin hazırlanmasında fəal iştirak edib”.

Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə Gəncə şəhərində anadan olub. 2000-ci ildə Xəzər Universitetini bitirərək “Beynəlxalq hüquq” ixtisasına yiyələnib. 2001-ci ildə “Türk dili” ixtisası üzrə Egey Universitetini, 2003-cü ildə Ankara Universitetini “Özəl hüquq” ixtisası üzrə bitirib. 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasında dissertasiya müdafiə edərək, hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Maliyyə sahəsi üzrə bir çox şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Hazırda “Beyli Group” şirkətinə rəhbərlik edir. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetində dosent kimi çalışır. Azərbaycan Vəkillər Kollegiyasının və Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. 50-dən artıq elmi işin, həmçinin 3 kitabın müəllifidir.

Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

https://az.trend.az/business/2821326.html