27-01-2018, 10:35

Vəkilliyə namizədlərlə yazılı test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birgə, yanvar ayının 28-də keçiriləcəkdir.
İmtahan saat 11:00-da başlayır və Bakı şəhərində 4 binada təşkil olunacaq.
Qeyd edək ki, Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən, Vəkillər Kollegiyasına vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılması tövsiyə olunub. Qeyd olunan tövsiyə ilə bağlı 9 dekabr 2017-ci il tarixdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə sənəd qəbulu prosesi bərpa olunub və Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqdim edilib.
"Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi qaydaları”na əsasən, imtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Hər sual 1 balla qiymətləndirilir.Səhv cavablar düz cavabların qiymətləndirilməsinə təsir göstərmir.
Test imtahanının yekununa görə 60 (altmış) və ya daha çox bal toplamış namizədlər imtahanın ikinici mərhələsinə - şifahi müsahibəyə buraxılacaqlar.
|