AYNHA Hüquqi Müsabiqələr Klubu ilk tədbirini sizlərə açıq elan edir. Əziz Hüquqşünas tələbələr, hər biriniz "Akademik Məqalə Müsabiqəsi"nə dəvətlisiniz. Müsabiqə iki mərhələdən ibarətdir. İlk mərhələdə məqalələri 01.03.2018-ci il saat 23:59-a qədər aynha.hmk@gmail.com poçt ünvanına göndərilməli və aşağıda verilən qeydiyyat formu doldurulmalıdır. İkinci mərhələyə keçən iştirakçılar öz məqalələrini münsiflər heyətinə prezintasiya formasında təqdim edəcəklər. Yoxlama komissiyası tərəfindən ilk üç yerə layiq görülən məqalələr mükafatlandırılacaqdır. Mükafatlar I yer üçün 200 AZN, II yer üçün 100 AZN, III yer üçün isə 50 AZN təşkil edir. Əlbətdə, bununla da bitmir, ilk beşlikdə olan məqalələr AYNHA "Elektron Hüquq Jurnalında" yayımlanacaqdır. İkinci mərhələyə keçən iştirakçılar sertifikatla təltif ediləcəkdir. Müsabiqədə yalnız hüquqşünas tələbələr ( bakalavr, magistr) fərdi və 2-3 nəfərlik komandalarla iştirak edə bilərlər.
Məqalələr Azərbaycan dilində, 12 şriftdə (arial və times new roman) formatında ən az 5 səhifə olmaqla göndərilməlidir. Məqalələr hüquqi mövzuda olmalıdır, siyasi və dini fikirlərə aid məqalələr qəbul olunmur. İnternetdən istifadə olunan mövzularda mütləq mənbə bildirilməlidir. Plagiat məqalələr diqqətə alınmayacaqdır.
Qiymətləndirmə meyarları:
1.Araşdırma
2.Məntiqlilik
3.Ardıcıllıq
4.Problemləri həll etmə üsulu
5.Aktuallıq
Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeFo3kZ_KjwyoN3zNFmjoqBW2p3_nowHcDbmYQxidTS5v5nsA/viewform