Xəbərlər
 
"AYNHA Görüş Klubu" üzvləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Vərəsəlik Hüququ" adlı Seminar təşkil edir. Prezidentdən vəkillərlə bağlı sərəncam - Bina və yeni maşınlar ayrılacaq "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Cinayət mühakimə icraatında mülki iddia" adlı Seminar təşkil edir. Bu gün Azərbaycan Milli Qeyri-Hokumət Təskilatlarinin ümumrespublika konfransı keçirildi AKADEMIK MƏQALƏ MÜSABİQƏSİ AZƏRTAC DÖVLƏT İNFORMASİYA AGENTLİYİNDƏ YAYIMLANDI AKADEMİK MƏQALƏ MÜSABİQƏSİ AZPRESS XƏBƏR PORTALINDA AKADEMİK MƏQALƏ MÜSABİQƏSİ XƏBƏRONLİNE XƏBƏR PORTALINDA Sığortada zərər tənzimləyicisi nədir? - ŞÜKÜR HÜSEYNOV YAZIR Özəl sığortaçılığın 25 ili – ŞÜKÜR HÜSEYNOV (II yazı) AYNHA Hüquqi Müsabiqələr Klubu ilk tədbirini sizlərə açıq elan edir. Sabah Vəkilliyə Qəbul imtahanı keçirilir "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Əqli mülkiyyət hüququ: müəlliflik, patent və əmtəə nişanı hüququ" adlı Seminara start verir. Tütün istifadəçilərinin və müəssisə rəhbərlərinin diqqətinə! "AYNHA Görüş Klubu"nun ümumi yığıncağı keçirildi.  
— AKADEMİK MƏQALƏ MÜSABİQƏSİ AZPRESS XƏBƏR PORTALINDA
 

12-02-2018, 10:00

 

AKADEMİK MƏQALƏ MÜSABİQƏSİ AZPRESS XƏBƏR PORTALINDA

Hüquqşünas tələbələr arasında "Akademik Məqalə Müsabiqəsi" keçirilir.

 

Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İB-nin nəznində fəaliyyət göstərən “AYNHA Hüquqi Müsabiqələr Klubu” hüquqşünas tələbələr arasında "Akademik Məqalə Müsabiqəsi" təşkil edir. Müsabiqədə Hüquqşünas tələbələr və magistrlar iştirak edə bilər. Müsabiqə iki mərhələdən ibarətdir. İlk mərhələdə məqalələr 01.03.2018-ci il saat 23:59-a qədər aynha.hmk@gmail.com poçt ünvanına göndərilməlidir. Təqdim olunan məqalələr arsından yoxlama komissiyası tərəfindən seçilən məqalələr növbəti mərhələdə ilk üç yer uğrunda mübarizə aparacaq. İkinci mərhələyə keçən iştirakçılar öz məqalələrini yoxlama komissiyasına prezintasiya formasında təqdim edəcəklər. Yoxlama komissiyası tərəfindən ilk üç yerə layiq görülən məqalələr mükafatlandırılacaqdır. Mükafatlar I yer üçün 200 AZN, II yer üçün 100 AZN, III yer üçün isə 50 AZN təşkil edir. Bununla yanaşı, ilk beşlikdə olan məqalələr AYNHA "Elektron Hüquq Jurnalında" yayımlanacaqdır. İkinci mərhələyə keçən bütün iştirakçılar sertifikatla təltif ediləcəkdir. Müsabiqədə yalnız hüquqşünas tələbələr ( bakalavr, magistr) fərdi və 2-3 nəfərlik komandalarla iştirak edə bilərlər. 
Məqalələr Azərbaycan dilində, 12 şriftdə (arial və times new roman) formatında ən az 5 səhifə olmaqla göndərilməlidir. Məqalələr hüquqi mövzuda olmalıdır, siyasi və dini fikirlərə aid məqalələr qəbul olunmur. İnternetdən istifadə olunan mövzularda mütləq mənbə bildirilməlidir. Plagiat məqalələr diqqətə alınmayacaqdır. 
Qiymətləndirmə meyarları:


1.Araşdırma


2.Məntiqlilik


3.Ardıcıllıq


4.Problemləri həll etmə üsulu

 

5.Aktuallıq

 

Müsabiqənin keçirilməsinə “Azem Partners” hüquq şirkəti, “Milli Hüquq Evi”, Prime.az hüquq şirkəti, SR Broker MMC, ADCON MMC, EST Consulting group tərəfindən təşkilati dəstək verilir. Müsabiqənin mart ayının sonunda yekunlaşması və qaliblərin mükafatlandırılması gözlənilir.

 

 

Ünvan: Bakı ş, İstiqlaliyyət pr-57, Bakı AZ1001, 
Tel: (99 412) 497 56 65, 
E-mail: office.aynha@gmail.com