12-02-2018, 10:06

Hüquqşünas tələbələr arasında akademik məqalə müsabiqəsi elan edilib
Bakı, 3 fevral, AZƏRTAC
“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “AYNHA Hüquqi Müsabiqələr Klubu” hüquqşünas tələbələr arasında akademik məqalə müsabiqəsi elan edib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə hüquqşünas tələbələr və magistrlar iştirak edə bilərlər. Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ üçün məqalələr martın 1-dək aynha.hmk@gmail.com poçt ünvanına göndərilməlidir. Təqdim olunan məqalələr arasından yoxlama komissiyası tərəfindən seçilən yazılar növbəti mərhələdə ilk üç yer uğrunda seçimə təqdim olunacaq. İkinci mərhələyə keçən iştirakçılar öz məqalələrini yoxlama komissiyasına təqdim edəcəklər. Yoxlama komissiyası tərəfindən ilk üç yerə layiq görülən məqalələrin müəllifləri mükafatlandırılacaq.
https://azertag.az/xeber/Huquqsunas_telebeler_arasinda_akademik_meqale_musabiqesi_elan_edilib-1133797 |