Xəbərlər
 
"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi "SR Broker" MMC ilə birgə əməkdaşlığı çərçivəsində "Yüklərin idxal və ixrac proseduru altında rəsmiləşdirilməsi adlı seminar təşkil edir. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Sığorta işi və onun əsasları" adlı təlimə start verir. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi və "A-1 Consulting" MMC- nin birgə əməkdaşlığı çərçivəsində "Əmək hüquq münasibətlərində inzibati xətalar və onun həlli yolları" adlı Seminar təşkil edilir "V Yay Təcrübə Proqramı" çərçivəsində AZTV-nin "səhər" proqramı verilişində Uşaq Hüquqları Konvensiyasının 28 illiyinə həsr olunmuş seminar keçirildi. "V Yay Təcrübə Proqramı"nın təltifetmə mərasimi xəbər portalında "V Yay Təcrübə Proqramı"nın təltifetmə mərasimi Vəkillər Kollegiyasının üzvü Aqil Layıc ilə açıq sual-cavab Tələbə Təqaüd Proqramının seçim mərhələsi keçirildi V Yay Təcrübə Proqramı “Şəxsi həyata hörmət və şəxsi həyatın toxunulmazlığı hüququ” adlı təlim keçirildi “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” ictimai birliyi “Şəxsi həyata hörmət və şəxsi həyatın toxunulmazlığı hüququ” adlı təlimə start verir. "Milli Hüquq Evi"nin rəhbəri, çox dəyərli hüquqşünas Nicat Gözəlov ilə səmimi görüş keçirildi. “Gender əsaslı bərabərlik, problemlər və onun həlli yolları” adlı təlim keçirildi "AYNHA Görüş Klubu"-nun Ümumi Yığıncağı keçirildi.  
— Bəyannamə: Ermənistan-Azərbaycan münaqişəsi regionun iqtisadi inkişafına əngəl yaradır
 

06-03-2017, 10:32

 

Bəyannamə: Ermənistan-Azərbaycan münaqişəsi regionun iqtisadi inkişafına əngəl yaradır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi tərəqqisinə və onun iqtisadi potensialının tam reallaşmasına, əməkdaşlığın həm regional, həm də daha geniş səviyyədə inkişafına əngəl yaradır.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Pakistan İslam Respublikasının paytaxtı İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitinin yekun Bəyannaməsində öz əksini tapıb.
 
Bəyannamədə İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda mövcud olan həll edilməmiş münaqişələrdən, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlıq bildirilir. Üzv ölkələr, həmçinin bu münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında ən tez zamanda həll edilməsi istiqamətində səylərin artırılmasının vacibliyini qeyd ediblər.