Xəbərlər
 
"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi "SR Broker" MMC ilə birgə əməkdaşlığı çərçivəsində "Yüklərin idxal və ixrac proseduru altında rəsmiləşdirilməsi adlı seminar təşkil edir. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Sığorta işi və onun əsasları" adlı təlimə start verir. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi və "A-1 Consulting" MMC- nin birgə əməkdaşlığı çərçivəsində "Əmək hüquq münasibətlərində inzibati xətalar və onun həlli yolları" adlı Seminar təşkil edilir "V Yay Təcrübə Proqramı" çərçivəsində AZTV-nin "səhər" proqramı verilişində Uşaq Hüquqları Konvensiyasının 28 illiyinə həsr olunmuş seminar keçirildi. "V Yay Təcrübə Proqramı"nın təltifetmə mərasimi xəbər portalında "V Yay Təcrübə Proqramı"nın təltifetmə mərasimi Vəkillər Kollegiyasının üzvü Aqil Layıc ilə açıq sual-cavab Tələbə Təqaüd Proqramının seçim mərhələsi keçirildi V Yay Təcrübə Proqramı “Şəxsi həyata hörmət və şəxsi həyatın toxunulmazlığı hüququ” adlı təlim keçirildi “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” ictimai birliyi “Şəxsi həyata hörmət və şəxsi həyatın toxunulmazlığı hüququ” adlı təlimə start verir. "Milli Hüquq Evi"nin rəhbəri, çox dəyərli hüquqşünas Nicat Gözəlov ilə səmimi görüş keçirildi. “Gender əsaslı bərabərlik, problemlər və onun həlli yolları” adlı təlim keçirildi "AYNHA Görüş Klubu"-nun Ümumi Yığıncağı keçirildi.  
— "Avropa Konvensiyası Kontekstində Mülkiyyət Hüququ" adlı seminar uğurla keçirildi.
 

13-03-2017, 09:27

 

"Avropa Konvensiyası Kontekstində Mülkiyyət Hüququ" adlı seminar uğurla keçirildi.

 “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyində "Avropa Konvensiyası Kontekstində Mülkiyyət Hüququ" adlı seminar keçirildi. Seminar Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycanın tanınmış vəkili Aqil Layıc tərəfindən təqdim olundu. Aqil Layıc  Avropa İnsan Hüquqları Konvensiyası, Amerika İnsan Hüquqları Konvensiyası, Afrika İnsan Hüquqları Konvensiyası, BMT Ümumdünya İnsan Hüquqları bəyannaməsindən sitatlar gətirərək dinləyicilərin marağını daha da artırdı. Həmçinin, mövzu ilə bağlı  Mülkiyyət hüququnun ənənəvi anlayışı və  AİHM-nin timsalında  nəzəri göstəriciləri, Mülkiyyət haqqının subyektləri, Publik hüquqi şəxsin olub-olmamasını qiymətləndirmə kriteriyaları, Avropa Konvensiyasına və presedent hüququna görə P1-1 xüsusiyyətləri, AİHK-da mülkiyyətin qorunması, Alqı-satqıda mülkiyyət hüquqları, Kiber mülkiyyət və ya virtual mülkiyyət, Əqli mülkiyyət  və s kimi mövzu başlıqlarına da toxundu. Sonda təlimçi dinləyicilərin suallarını cavablandırdı.

Seminarda hüquqşünaslar, tələbələr, İctimai Birliyin üzvləri iştirak etdilər. Fasilədə Starbucks Coffeenin dəstəyi ilə  “Coffee Break” verildi, xatirə rəsmi çəkdirildi.