29-03-2017, 17:31

qhtxeber.az//
http://www.qhtxeber.az/news.php?id=779&lang=az
“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi yeni layihəyə start verir.
qhtxeber.az-a daxil olan məlumata görə, Az Sığorta ASC-nin təlimlər üzrə meneceri Şükür Hüseynov və hüquqşünas Şəhriyar Həbilov tərəfindən təqdim ediləcək "Sığorta işi və onun əsasları" adlı təlim 10 aprel tarixindən etibarən AYNHA-nın ofisində keçiriləcək. Təlim 15 moduldan ibarət olub 1 ay müddətində tədris olunacaq. Hər bir dərs 2 akademik dərs saatı olaraq müəyyən edilib. Təlimin sonunda iştirakçılar imtahan edilərək, sertifikat əldə edəcəklər.
Təlimdə sığortaya aid aşağıdakı sahələr ətraflı izah ediləcək:
Sığorta nədir;
Sığortanın tarixi inkişaf yolları;
Azərbaycanda sığortanın inkişafı;
Sığorta bazarı anlayışı;
Sığorta riski anlayışı və onun idarə edilməsi;
Sığorta müqaviləsinin hüquqi əsasları;
Sığorta tarifi anlayışı;
Sığorta fəaliyyətində digər əsas anlayışlar və onların izahlı şərhi;
Şərikli sığorta və təkrarsığortanın mahiyyəti və əhəmiyyəti;
Şərikli sığorta və təkrarsığorta sığortaçının ödəniş qabiliyyətliliyinin və maliyyə sabitliyinin əsas amillərindən biri kimi;
Sığorta hadisələri;
Sığorta tələbi və İddiaların tənzim edilməsi;
İcbari sığortanın mahiyyəti və prinsipləri;
İcbari sığortaların həyata keçirilməsi zərurəti;
Ən vacib beynəlxalq sığorta və təkrarsığorta terminləri.
Təlim ödənişlidir:
Fərdi: 240 AZN
5-10 nəfərlik qrup: 60 AZN
11 və daha çox nəfərlik qrup: 50 AZN
Qeydiyyat:
Son qeydiyyat tarixi: 8 aprel 2017-ci il
Aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçən iştirakçılarla əlaqə saxlayıb ödəniş, qrup və dərslər haqqında ətraflı məlumat veriləcək.
https://docs.google.com/forms/d/e/1FAIpQLSc_1Ew1OhbEwecDSjSTPlqhpcQRC8uP1Ybck0-UEQ6WkcMMrw/viewform
Ünvan: Bakı ş, İstiqlaliyyət pr-57, Bakı AZ1001,
Tel: (99 412) 497 56 65, 050 263 02 66 (layihə rəhbəri),
E-mail: office@aynha.az , office.aynha@gmail.com |