Xəbərlər
 
"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi "SR Broker" MMC ilə birgə əməkdaşlığı çərçivəsində "Yüklərin idxal və ixrac proseduru altında rəsmiləşdirilməsi adlı seminar təşkil edir. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Sığorta işi və onun əsasları" adlı təlimə start verir. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi və "A-1 Consulting" MMC- nin birgə əməkdaşlığı çərçivəsində "Əmək hüquq münasibətlərində inzibati xətalar və onun həlli yolları" adlı Seminar təşkil edilir "V Yay Təcrübə Proqramı" çərçivəsində AZTV-nin "səhər" proqramı verilişində Uşaq Hüquqları Konvensiyasının 28 illiyinə həsr olunmuş seminar keçirildi. "V Yay Təcrübə Proqramı"nın təltifetmə mərasimi xəbər portalında "V Yay Təcrübə Proqramı"nın təltifetmə mərasimi Vəkillər Kollegiyasının üzvü Aqil Layıc ilə açıq sual-cavab Tələbə Təqaüd Proqramının seçim mərhələsi keçirildi V Yay Təcrübə Proqramı “Şəxsi həyata hörmət və şəxsi həyatın toxunulmazlığı hüququ” adlı təlim keçirildi “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” ictimai birliyi “Şəxsi həyata hörmət və şəxsi həyatın toxunulmazlığı hüququ” adlı təlimə start verir. "Milli Hüquq Evi"nin rəhbəri, çox dəyərli hüquqşünas Nicat Gözəlov ilə səmimi görüş keçirildi. “Gender əsaslı bərabərlik, problemlər və onun həlli yolları” adlı təlim keçirildi "AYNHA Görüş Klubu"-nun Ümumi Yığıncağı keçirildi.  
— AYNHA-nın nəznində fəaliyyət göstərən "AYNHA Görüş Klubu" hüquqşünas tələbələr üçün Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev ilə görüş təşkil edir.
 

12-04-2017, 14:21

 

AYNHA-nın nəznində fəaliyyət göstərən "AYNHA Görüş Klubu" hüquqşünas tələbələr üçün Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev ilə görüş təşkil edir.

AYNHA-nın nəznində fəaliyyət göstərən "AYNHA Görüş Klubu" hüquqşünas tələbələr üçün Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev ilə görüş təşkil edir. Görüş 21 aprel 2017-ci il, saat 14:00 da AYNHA ofisində keçiriləcəkdir. Görüşdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməlidir:

https://docs.google.com/forms/d/e/1FAIpQLSenmA-KcdEN-wxjSW4lv5KLI0Xccftr-PfB4KlgaJEINPcvJQ/viewform

Çingiz Abdullayev Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafıə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990). Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.