Xəbərlər
 
"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi "SR Broker" MMC ilə birgə əməkdaşlığı çərçivəsində "Yüklərin idxal və ixrac proseduru altında rəsmiləşdirilməsi adlı seminar təşkil edir. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Sığorta işi və onun əsasları" adlı təlimə start verir. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi və "A-1 Consulting" MMC- nin birgə əməkdaşlığı çərçivəsində "Əmək hüquq münasibətlərində inzibati xətalar və onun həlli yolları" adlı Seminar təşkil edilir "V Yay Təcrübə Proqramı" çərçivəsində AZTV-nin "səhər" proqramı verilişində Uşaq Hüquqları Konvensiyasının 28 illiyinə həsr olunmuş seminar keçirildi. "V Yay Təcrübə Proqramı"nın təltifetmə mərasimi xəbər portalında "V Yay Təcrübə Proqramı"nın təltifetmə mərasimi Vəkillər Kollegiyasının üzvü Aqil Layıc ilə açıq sual-cavab Tələbə Təqaüd Proqramının seçim mərhələsi keçirildi V Yay Təcrübə Proqramı “Şəxsi həyata hörmət və şəxsi həyatın toxunulmazlığı hüququ” adlı təlim keçirildi “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” ictimai birliyi “Şəxsi həyata hörmət və şəxsi həyatın toxunulmazlığı hüququ” adlı təlimə start verir. "Milli Hüquq Evi"nin rəhbəri, çox dəyərli hüquqşünas Nicat Gözəlov ilə səmimi görüş keçirildi. “Gender əsaslı bərabərlik, problemlər və onun həlli yolları” adlı təlim keçirildi "AYNHA Görüş Klubu"-nun Ümumi Yığıncağı keçirildi.  
— "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi 1 may saat 15-00 da tələbə və gənc hüquqşünaslar üçün “Hüquq Forumu” təşkil edir.
 

18-04-2017, 15:42

 

"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi 1 may saat 15-00 da tələbə və gənc hüquqşünaslar üçün “Hüquq Forumu” təşkil edir.

"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi 1 may saat 15-00 da tələbə və gənc hüquqşünaslar üçün “Hüquq Forumu” təşkil edir. Forum – hüquq təhsili, inkişaf və karyera mövzularını əhatə etməklə müzakirəli panel şəklində keçiriləcək. Forumun spikerləri bu istiqamətdə söz sahibi olan mütəxəssis və ekspertlərdir. Tədbirdə hüquq fakültəsi tələbələrinin təhsil dövründə qarşılaşdığı bir çox suallara aydınlıq gətiriləcək, onları maraqlandıran aktual məsələlər ətrafında müzakirələr aparılacaqdır. Tədbir dinləyicilər ilə mövzu daxilində interaktiv sual-cavab və müzakirə formatında keçiriləcəkdir. Tələbələr Hüquq təhsili, inkişaf və karyera istiqamətində lazımı suallarını spikerlərə ünvanlaya biləcəklər.
Tədbirdə iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməlisiniz:

https://docs.google.com/forms/d/e/1FAIpQLSfV-Gwy5TAfMMd5d5twpzCK2IZnHVTTlJ8ClYkEQ_dyKIYR9A/viewform

PLAN:
1. 15:00 – 15:15 Moderatorun giriş sözü, tanışlıq, tədbirin formatı barədə məlumat
2. 15:15 – 15:45 Panel spikerlərinin aşağıdakı mövzular barədə giriş nitqləri
Hüquq təhsili – Mübariz Yolçiyev (bu mövzu çərçivəsində tələbələrin təhsil dövründə diqqət etməsi vacib olan məsələlər barədə danışılacaqdır)
Təhsil dövründə fərdi inkişaf – Emin Kərimov (bu mövzu çərçivəsində təhsil və təhsildən sonra ilk dövrlərdə zəruri olan peşə keyfiyyətləri barədə danışılacaqdır)
Xaricdə hüquq təhsili – Kamil Vəliyev (Xaricdə alınan hüquq təhsilinin üstünükləri və karyera inkişafına təsiri )
Karyeranın əsasları/İxtisas seçimi – Hidayət Əzimov (bu mövzu çərçivəsində tələbələrlə karyera planlaşdırması, ixtisas seçilməsi və s. kimi məsələlərin müzakirəsi aparılacaqdır)
İş həyatı və hüquqşünas – Mustafa Abbasbəyli (Hüquqşünasın iş həyatı seçimi və bu sahədə nələrə diqqət yetirməlidir, hüquqşünas iş adamı kimi özünü necə formalaşdırmalıdır)
3. 15:45 – 16:30 Auditoriya ilə sual-cavab 
4. 16:30 – 16:45 çay və ya kofe fasiləsi
5. 16:45 – 17:30 Auditoriya ilə sual cavab 
Tədbir əsasən hüquq fakültələrində təhsil alan tələbə və gənc (1-2 il təcrübəsi olan) hüquqşünaslar auditoriyasına istiqamətlənmişdir.
Tədbirin məqsədi tələbə və gənc hüquqşünaslarla peşəkar inkişaf istiqamətində fikir mübadiləsi aparmaqdır.
Tədbir AYNHA İB-nin ofisində keçiriləcək, iştrak ödənişsizdir.