Xəbərlər
 
"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi "SR Broker" MMC ilə birgə əməkdaşlığı çərçivəsində "Yüklərin idxal və ixrac proseduru altında rəsmiləşdirilməsi adlı seminar təşkil edir. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Sığorta işi və onun əsasları" adlı təlimə start verir. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi və "A-1 Consulting" MMC- nin birgə əməkdaşlığı çərçivəsində "Əmək hüquq münasibətlərində inzibati xətalar və onun həlli yolları" adlı Seminar təşkil edilir "V Yay Təcrübə Proqramı" çərçivəsində AZTV-nin "səhər" proqramı verilişində Uşaq Hüquqları Konvensiyasının 28 illiyinə həsr olunmuş seminar keçirildi. "V Yay Təcrübə Proqramı"nın təltifetmə mərasimi xəbər portalında "V Yay Təcrübə Proqramı"nın təltifetmə mərasimi Vəkillər Kollegiyasının üzvü Aqil Layıc ilə açıq sual-cavab Tələbə Təqaüd Proqramının seçim mərhələsi keçirildi V Yay Təcrübə Proqramı “Şəxsi həyata hörmət və şəxsi həyatın toxunulmazlığı hüququ” adlı təlim keçirildi “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” ictimai birliyi “Şəxsi həyata hörmət və şəxsi həyatın toxunulmazlığı hüququ” adlı təlimə start verir. "Milli Hüquq Evi"nin rəhbəri, çox dəyərli hüquqşünas Nicat Gözəlov ilə səmimi görüş keçirildi. “Gender əsaslı bərabərlik, problemlər və onun həlli yolları” adlı təlim keçirildi "AYNHA Görüş Klubu"-nun Ümumi Yığıncağı keçirildi.  
— “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-yi hüquqşünas tələbələr üçün Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev ilə görüş keçirmişdir.
 

22-04-2017, 12:40

 

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-yi hüquqşünas tələbələr üçün Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev ilə görüş keçirmişdir.

     “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-yi hüquqşünas tələbələr üçün Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev ilə görüş keçirmişdir. Görüş Çingiz Abdullayev ilə hüquqşünas tələbələrin səmimi dialoqu çərçivəsində keçdi. Çingiz Abdullayev tələbələrə öz həyat fəaliyyəti, hüquq təcrübəsi, yaradıcılığı barədə ətraflı məlumat verdi. Hüquqşünaslıq peşəsinin hər zaman vacib olduğunu, düzgün, obyektiv, doğru qərarlarla cəmiyyətə faydalı hüquqşünas olmaları barədə öz töhfələrini ifadə etdi. Hər bir hüquqşünas ölkəsinə ədalətlə xidmət göstərməlidir deyən Çingiz Abdullayev Azərbaycanın haqq səsini, qarabağ həqiqətlərini dünyada nümayiş etdirilməsinin vacibliyini bildirdi. Hüquqşünaslıqdan yazıçılığa keçidin təəssüratları, dedektiv əsərlərdə hüququn mövqeyi, əsərlərindəki obrazların mahiyyəti və s kimi mövzularda tələbələrin suallarına aydınlıq gətirərək düşüncələrini onlarla bölüşdü.

      “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-nin Baş Katibi Ramin Nurəliyev AYNHA-nın fəaliyəti barədə qonağa ətraflı məlumat verərək hüquqşünas tələbələrə bir çox istiqamətdə xidmət göstərildyini, bununla yanaşı seminar və təlimlər, Yay Təcrübə Proqramı, Hüquq Formu və s kimi layihələrlə hüquqşünas tələbələrin ölkəmiz və cəmiyyətimiz üçün peşəkar hüquqşünas olmalarında yaxından köməklik göstərildiyini bildirdi və Çingiz Abdullayev üçün hazırlanmış xüsusi təşəkkünaməni təqdim etdi. Sonda xatirə rəsmi çəkdirildi.

       Nəzərinizə çatdırmaq istəyirik ki, Çingiz Abdullayev Azərbaycanın tanınmış şəxsiyyətlərindəndir. O, Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru, beş fərqli xarici universitetin fəxri professoru, H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktoru, Azərbaycan PEN klubunun vitse-prezidenti, "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədri, İnterpolun fəxri səfiridir.

 

Ünvan:  Bakı ş, İstiqlaliyyət pr-57, Bakı AZ1001,

Tel: (99 412) 497 56 65, 051 589 10 13 ,

E-mail: office@aynha.az , office.aynha@gmail.com