Xəbərlər
 
Bu gün BSC Group-un rəhbəri İkram Fikrətoğlu və AYNHA təlimçisi Təhminə xanım Yay Məktəbi iştirakçılarını ziyarət etdi. Yay Məktəbi başlandı AYNHA İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan olunmuş IV qrant müsabiqəsində qalib elan olundu Bugün AYNHA II Akademik Məqalə Müsabiqəsinin yekun final mərhələsi keçirildi. LLM Scholarships for lawyers in Chicago, USA at Chicago-Kent College of Law Bu gün xalqımızın Ümummilli Lideri, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğumundan 96 il keçir Amerikada təqaüdlü hüquq təhsili! "Vəkilliyə hazırlıq" kursu "Magistratura hazırlığı Məlumatlandırıcı Seminar keçirildi Məlumatlandırıcı Seminar "Əmək qanunvericiliyi: görünən və görünməyən tərəflər" təlimi "Uğurlu məhkəmə müdafiəsi məqsədləri üçün presedent qərarlardan istifadə edilməsinin əhəmiyyəti" adlı təlim keçirildi "Uşaqların Sosial Müdafiəsi" konfransı "Müqavilə Hüququ sahəsində praktiki biliklər" təlimi  
— "Əmək qanunvericiliyi: görünən və görünməyən tərəflər" təlimi
 

06-05-2019, 11:55

 

"Əmək qanunvericiliyi: görünən və görünməyən tərəflər" təlimi

"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB, "BSC" Group ilə birgə əməkdaşlığı çərçivəsində "Əmək qanunvericiliyi: görünən və görünməyən tərəflər" adlı təlim təşkil edir. Aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:

https://docs.google.com/forms/d/e/1FAIpQLSf7dZwLoLaG-hnp86GAHWwQUG7LTPtXnJBuwNWygnmczdjb6A/viewform?fbclid=IwAR2HqAUzNVp0ijXMu0rmGSjlDDJbf_c11y9_i0Y6xIldCihq4fSF2gMgQQc

 

 

Təlimçi: Təhminə Dəmirova
BSC Group- İnsan resursları departamentinin rəhbəri,hüquqşünas
Məlumatlandırıcı seminar: (Ödənişsizdir)
5 may 2019-cu il, saat:15:00 
Təlimin ödənişi: 200 AZN (müəssisə və təşkilatlar tərəfindən ən az 2 nəfər göndərilərsə,
20% güzəşt təşkil edilir.)
Təlimin müddəti: 3 həftə
Təlimin vaxtı: 
11 may 2019, saat 15:00 - 19:30 (17:00 – 17:30 – coffee break)
12 may 2019, saat 15:00 - 19:30 (17:00 – 17:30 – coffee break)
18 may 2019, saat 15:00 - 19:30 (17:00 – 17:30 – coffee break)
19 may 2019, saat 15:00 - 19:30 (17:00 – 17:30 – coffee break)
25 may 2019, saat 15:00 - 19:30 (17:00 – 17:30 – coffee break)
26 may 2019, saat 15:00 - 19:30 (17:00 – 17:30 – coffee break)
Son qeydiyyat tarixi:
10.05.2019-cu il, saat 15:00 qədər aparılır
Təlim 6 moduldan ibarətdir:

1-ci Modul: Azərbaycan Respublikasının Əmək qanunvericiliyi sistemi. 4 saat
•Əmək və əmək hüququ anlayışı.
•Əmək hüquq münasibətlərinin anlayışı və bu münasibətləri tənzimləyən hüquq normaları.
•Əmək hüquq münasibətlərinin iştirakçıları, hüquq və vəzifələri, məsuliyyəti.
•Əmək qanunvericiliyinə daxil olan normativ hüquqi aktlar.
•Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Əmək Məcəlləsinin əsas vəzifə və prinsipləri.
2.Əmək müqaviləsi.
•Əmək müqaviləsinin anlayışı , məzmunu, forması.
•Əmək müqaviləsinin növü.
•Əmək müqaviləsinin bağlanılması zamanı təqdim olunmalı sənədlər.
•Sınaq müddəti.
•İşçilərin şəxsi işi.
•Əmək kitabçaları.
•Əmək müqaviləsinin bağlanılmasının hüquqi qüvvəsi (EHP) və sənədləşdirilməsi.

2-ci Modul: Əmək müqaviləsinə dəyişikliklərin edilməsi. 4 saat

•Əmək şəraiti və işçinin əmək funskiyası.
•Əmək müqaviləsinə dəyişiliklərin edilməsi qaydası.
•Əmək müqaviləsinə dəyişikliklərin edilməsinin hüquqi qüvvəsi (EHP) və sənədləşdirilməsi.
•İşçilərin və iş yerlərinin attestasiyası.
2.Əmək müqaviləsinin xitamı.
•Əmək müqaviləsinin xitamı əsasları.
•Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları.
•Əmək müqaviləsinə xitam verilməsinin hüquqi qüvvəsi (EHP) və sənədləşdirilməsi.

3-cü Modul: İş vaxtı və istirahət vaxtı. 4 saat
•İş vaxtı anlayışı və növləri.
•İş vaxtı rejimi.
•İş vaxtının uçotu (tabel)
•Statistik hesabat formaları.
•İş vaxtından artıq işlər.
•İstirahət vaxtının anlayışı və növləri.
•İstirahət və bayram günləri.

4-cü Modul: Məzuniyyət hüququ. 4 saat
•Məzuniyyət anlayışı.
•Məzuniyətin növləri.
•Məzuniyyətin müddətləri.
•Məzuniyyətlərin verilməsi və istifadəsi qaydası.
•Məzuniyyət vaxtı əmək haqqı hesablanması. Nəzərə alınan və alınmayan ödənişlər.
•Əmək müqaviləsinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi.
•Məzuniyyətlərin rəsmiləşdirilməsi qaydası.

5-ci Modul: Əmək haqqı. 4 saat
•Əmək haqqı anlayışı.
•Əmək haqqı sistemi və tədbiq edilməsi qaydaları.
•Əmək haqqının ödənilməsi qaydası və müddəti.
•Əmək normaları.
•Əmək haqqının hüquqi mühafizə formaları.
•İşçilərin mükafatlandırılması.
•Əmək haqqından tutulmalar.
•Orta əmək haqqı anlayışı, hesablanması və saxlanıldığı hallar.

6-cı Modul: 1.Əməyin mühafizəsi. Sosial sığorta. 4 saat
•Əməyin mühafizəsi anlayışı.
•Əməyin mühafizəsi normaları.
•Əməyin mühafizəsinin təmin edilməsi prinsipləri.
•Əməyin mühafizəsi sahəsində işçi və işəgötürənin vəzifələri.
•Əməyin mühafizəsinin həyata keçirilməsi üçün təminatlar.
•Qadınların və 18 yaşına çatmamış işçilərin əməyinin hüquqi mühafizəsi.
•Sosial sığorta anlayışı və formaları.
•Sosial sığorta ilə bağlı münasibətlərin tənzimlənməsi.
2.Əmək mübahisələri. əmək və icra intizamı. Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət.
•Əmək mübahisələrinin anlayışı və yaranma səbəbləri.
•Əmək mübahisələrinin növləri.
•Kollektiv əmək mübahisələrinin anlayışı, predmeti, həlli qaydaları. Lokaut anlayışı.
•Fərdi əmək mübahisələrinin anlayışı, predmeti, həlli qaydaları.
•Əmək intizamı anlayışı.
•Müəssisədaxili intizam qaydaları və məzmunu.
•Əmək intizamına görə mükafatlar.
•Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət (intizam, inzibati, cinayət).

Hədəf kütləsi: 
İş adamları , təcrübəli HR menecerlər və hüquqşünaslar.

Təlimin özəlliyi və fərqliliyi:

20 illik konsalting müəssisəsinin iş təcrübəsindən müxtəlif maraqlı case-lərlə və maraqlı video roliklərlərlə zəngin interaktiv formatda keçirilən bir təlim olacaq
Təlim iştirakçısı nə əldə edəcək: 
Əmək qanunvericiliyi ilə bağlı xüsusi məqamların həll yollarını
İşçi və işəgötürənin hüquqlarını pozmadan cətin problemlərdən çıxış yollarını
Xüsusi sənədlərin şablonlarını və onların tədbiqi ilə bağlı məsləhətlər
İşçi ilə işəgötürən arasında əmək münasibətlərinin tənzimləmə prosesində peşakar mühasib və hüquqşünas məsləhətlərini.

Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.

Qeydiyyat ünvanı:
Bakı şəhəri, İstiqlaliyyət 57, (İçərişəhər metrosu, İqtisadiyyat Universiteti ilə üzbəüz,
Ağ çiçəyim gül mağazasının üstü, AYNHA ofisi)

Maşın dayanacağı üçün yer:
Məmməd Əfəndiyev küçəsi,
Murtuza Muxtarov küçəsi,
Lermontov küçəsi,
Bakı Şəhər İcra Hakimiyyətinin park yeri